Menu

Salyanda sərnişin avtobusu piyadanı vurub

26.11.2017, 20:29
Salyanda sərnişin avtobusu piyadanı vurub

Salyanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhərində "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Neftçala rayonunun Qaraqaşlı kənd sakini, 46 yaşlı Cavid Kamil oğlu Süleymanov yolu keçmək istəyən zaman onu “İkarus” markalı sərnişin avtobusu vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol