Menu

"Keçmiş prezidentlərdən daha çox iş görmüşəm"

27.11.2017, 09:55

trump-2Rusiyanın ehtimal olunan seçkilərə müdaxiləsini, ABŞ-ın Demokratik partiyası 2016-cı ilin seçkilərində məğlubiyyətlərinə haqq qazandırmaq üçün uydurublar.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

Yazıda deyilir: "Mənim hakimiyyətə gəldiyim gündən bütün eşitdiyiniz - demokratların seçkilərdə məğlubiyyətlərinə haqq qazandırmaq üçün uydurduqları bəraətdir: Rusiya, Rusiya, Rusiya. Buna baxmayaraq, mən ölkə iqtisadiyyatında canlanmanı təmin etmişəm və 10 ay ərzində keçmiş prezidentlərdən daha çox iş görmüşəm. Amerikanı yenə ulu edək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol