Menu

“İcbari tibbi sığortanın bütün ölkədə tətbiqi 2019-cu ildə gözlənilir” - Millət vəkili

27.11.2017, 10:47
“İcbari tibbi sığortanın bütün ölkədə tətbiqi 2019-cu ildə gözlənilir” - Millət vəkili

“2018-ci ildə Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunacağı rayonların siyahısı genişlənəcək”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın yalnız 2019-cu ildə bütün ölkədə tətbiqindən danışmaq olar: “Pilot layihələr uğurla icra olunur. Pilot layihənin davam etdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Maliyyə naziri qeyd etdi ki, əlavə olaraq bir neçə rayonda da icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulub. Hansı rayonlar bu siyahıya əlavə olunacaq onu deyə bilmərəm. Bu ilin əvvəlində məlum olacaq”.

Millət vəkili qeyd edib ki, icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi üçün mexanizmlər hazırlanır: “Eyni zamanda qanunvericilikdə dəyişikliklərin edilməsi gözlənilir. Yaxın vaxtlarda “İcbari tibbi sığorta haqqında” qanuna əlavə və dəyişikliklər olunacaq ki, bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə tam hazır olaq”.

Qeyd edək ki, icbari tibbi sığorta pilot layihə olaraq Mingəçevir və Yevlaxda tətbiq olunur.

Şərhlər

VƏTƏNDAŞ 2017-11-27 10:47:29

indi də 2019-cu il.Axı niyə 2018 olmasın.insanlar yaziqdır niyə uzadırsız .HƏR şey bahadır.ona görə camaat dərman ala bilmir.həkimə gedə bilmirlər .burda təcili bu işi qurmaq lazımdır.İranda .Gürcustanda var .biz həmişəki kimi gecikirik

vuqar 2017-11-27 10:47:29

40-55 yaşıarda infarktlar artıb.butun bu yaşda olanlar kardioloji muayinələrdən kecməlidir həmciniN onkoloji xəstəliklər artıb KardioLOGİYA VƏ ONKOLOGİYA XƏSTƏXANALARİNDA BAZAR GUNLƏRİ ACİQ QAPI GUNLƏRİ OLMALİ İNSANLAR PULSUZ MUAYİNƏ OLMALİDİR DÖVLƏT SƏVİYYƏSİNDƏ EFFEKTİ OLACAQ BUNUN. SƏHİYYƏ NAZİRLİYİNDƏ NƏ FİKİRLƏŞİRLƏR BUTUN MERKEZİ XƏSTƏXANALARDA BAZAR GUNLƏRİ 5-6 HƏKİM SAXLAMAQLA İNSANLARİ RULSUZ AKSİYALARLA MUAYİNE ETMEK OLAR.BU DA XESTLİKLƏRİN ERKƏN AŞKARLANMASİNA XİDMƏT EDƏCƏK TƏLƏSMƏK LAZİMDIR

əli 2017-11-27 10:47:29

Hec utanırlar görəsən bu qanun neçə illərdir qəbul olunub hələdə tətbiqir edə bilmirlər bəlkə də etmirlər Bütün millət bunu gözləyir bunlar hələ iş görmək əvəzinə oturub burunlarını qurdalayırlar

azer 2017-11-27 10:47:29

xesteler gözleye bilmez ay memurlar tezleşdirin de bunu

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol