Menu

Suriya kürdləri Cenevrə danışıqlarına dəvət olunmadı

27.11.2017, 19:39
Suriya kürdləri Cenevrə danışıqlarına dəvət olunmadı

«AzPolitika.info-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya kürdləri Cenevrə danışıqlarının 8-ci raunduna dəvət olunmadıqlarına görə, danışıqlarda iştirak etməyəcəklər. Bu barədə Suriya kürdlərinin Moskvadakı nümayəndəsi xəbər verib («RİA Novosti»).

«Yox, biz növbəti dəfə dəvət almamışdıq və bizdən heç kim danışıqlarda iştirak etməyəcək» - deyə, agentliyin müsahibi bildirib. Onun fikrincə bu, «Türkiyənin mövqeyi və təsirinin nəticəsidir». Türkiyə kürdlərin bu danışıqlarda iştirakının əleyhinədir.

Suriya böhranının tənzimlənməsi Astana və Genevrə «müstəvisi»ndə müzakirə olunur. Noyabrın 28-də Genevrədə Suriyadaxili danışıqların səkkizinci raundu başlanacaq.

Bundan əvvəl Suriya müxalifətinin 3 platforması formalaşdırılmışdı - Qahirə, Moskva və Ər-Riyad platformaları.

Cenevrədə Dəməşqlə danışıqdar aparmaq üçün bu platformalar əsasında vahid nümayəndə heyəti yaradılmalı idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol