"Dağlıq Qarabağ probleminin həlli mümkündür. Bu problemi həll etməkdən ötrü Minsk Qrupunun təmsilçiləri - Rusiya, ABŞ və Fransa öz mövqelərini qəti bildirməlidirlər".
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov “Bloomberg TV Bulgaria” televiziya kanalına müsahibəsində deyib.
“İşğalçı Azərbaycan torpağından qoşunlarını çıxarmalıdır. Lakin Azərbaycan xalqı narazıdır ki, 3 böyük dövlət - Rusiya, ABŞ və Fransa kiçik Ermənistana təzyiq göstərmir", - deyə Yaqub Mahmudov qeyd edib.
Deputat bildirib:
“Azərbaycanın Avropa siyasətində Bolqarıstan mühüm yer tutur. Biz Azərbaycanda Bolqarıstana Avropaya açılan qapı kimi baxırıq. Bizim enerji siyasətimizdə Bolqarıstanın mühüm yeri var. Yaxın zamanlarda Azərbaycanın karbohidrogen və qaz ehtiyatlarından Bolqarıstana böyük pay düşəcək. Bakı-Tbilisi-Qars dəmiryolunun açılması bizim Bolqarıstanla da iqtisadi əlaqələrimizə çox müsbət təsir göstərəcək”.

Şərhlər
o nese basha dushseydi deputat yox,icra bashcisi olardi
1.İşğalçı(cinayətkar-Killer)İrəvan 14.06.1988 tarixdən beynəlxalq hüquq aləminə məlumdur. 2.İşğalçının himayədarı və həllə məsul Kremli üç ABŞ prezidenti, AFR Kansleri göstəriblər. 3..Alimin məlum ünvanları təkrarlaması heç də rəsmi siyasi münasibətləri dəyişməz!
Buda bizim alim hələdə bu alim başa düşməyib ki bu üç dövlət orada
birləşiblər ki ermənini müdafiə etsinlər və edirlər də.
Təəssüf edirəm ki,"akademik" adlanan bu deputat əsil işğalçının adını çəkmir və demir ki,işğalçı elə rusiyadır.Əlbəttə,rusiya öz hərbi birləşmələrini işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmaq barədə qərart qəbul edə bilməz.