Menu

"Ölkə rəhbərliyinin başçılığı ilə bu məsələnin öhdəsindən gələcəyik"

28.11.2017, 13:51

dilqem sahbaz kelbecer girovDilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün beynəlxalq təşkilatlara müraciət olunub, iş davam edir.

APA-nın məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov bildirib.

"Ermənistanın tutduğu qeyri-konstruktiv və qeyri-humanist mövqe nəticəsində bu günə kimi onların azad olunmasına nail ola bilməmişik. Amma inanıram ki, ölkə rəhbərliyinin başçılığı ilə bu məsələnin öhdəsindən gələcəyik", - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol