Menu

Rusiya təbii qazı Ermənistana neçəyə satacaq?

29.11.2017, 12:49
Rusiya təbii qazı Ermənistana neçəyə satacaq?

Rusiyanın gələn il Ermənistana satacağı təbii qazın qiyməti müəyyənləşib.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Yerevan min kub metr qazı 150 dollara alacaq.

Bu razılaşma 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək qüvvədə olacaq. Ermənistan hökuməti Rusiyadan təbii qaz alınması ilə bağlı müqaviləni noyabrın 30-da keçiriləcək iclasında müzakirə edəcək.

Qeyd edək ki, Rusiya qazının Ermənistana nəqli haqqında Ermənistan-Rusiya protokolu 2013-cü il dekabrın 2-də imzalanıb. Həmin müqavilədə Moskvanın qazın min kub mertini 165 dollara satması nəzərdə tutulurdu. 2016-cı ilin aprelində isə iki ölkə hökuməti sənədi yenidən müzakirə edib və qazın qiyməti 150 dollara endirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol