Menu

Zərərçəkmiş təqsirləndirilən şəxsə borclu olduğunu etiraf etdi

29.11.2017, 18:03
Zərərçəkmiş təqsirləndirilən şəxsə borclu olduğunu etiraf etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs müdafiəçilərinin suallarını cavablandırıb.

İş üzrə zərərçəkmiş qismində tanınan iş adamı Zabir Əliyev epizodu üzrə danışan təqsirləndirilən şəxs bildirib ki, Z.Əliyevə onun heç bir borcu yoxdur: "Zabir Əliyev 2015-ci ildə bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edib. Qurum şikayəti araşdırıb və şikayətin rədd edilməsi barədə qərar qəbul edilib. Həmin qərar bu gün də qüvvədədir. Baş Prokurorluq Z.Əliyevin şikayətini əsassız hesab etdiyi halda cinayət işində adı yenə zərərçəkmiş keçir".

Posesdə zərərçəkmiş qismində dindirilən digər iş adamı Qabil Əliyev isə etiraf edib ki, onun təqsirləndirilən şəxsə borcu olub: "Mənim Ceyhun Canıyevə 2 milyon dollar borcum var idi. Həmin pulun əvəzinə C.Canıyevə bir ev və bir qeyri-yaşayış sahəsi verdim. Lakin C.Canıyev həmin ev və qeyri-yaşayış sahəsini məndən ucuz qiymətə aldı".

İş üzrə növbəti məhkəmə prosesi dekabrın 6-na təyin edilib.

İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla, onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə, 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol