Menu

Xorvatiyanın baş naziri general Pralyakın ölümünü təsdiqləyib

29.11.2017, 21:30
Xorvatiyanın baş naziri general Pralyakın ölümünü təsdiqləyib

Sabiq Xorvat müdafiə şurasının rəhbəri Slobodan Pralyak Haaqada Beynəlxalq Tribunalın apellyasiya komissiyasının keçmiş Yuqoslaviya üzrə iclasında zəhərli maddəni qəbul etdikdən sonra keçinib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Xorvatiyanın baş naziri Andrey Plenkoviç bildirib.

S. Pralyak 2013-cü ildə hərbi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib. Bu gün məhkəmə hökmün qüvvədə qaldığını təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol