Menu

FHN Xaçmazda baş vermiş yanğınla bağlı məlumat yayıb

29.11.2017, 22:49
FHN Xaçmazda baş vermiş yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaq və 1 aynabənddən ibarət evin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Yanğın zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol