Menu

Məleykə Əsədovanın Ramiz Məlikə qarşı qaldırdığı iddia üzrə məhkəmə başlayıb

30.11.2017, 14:11
Məleykə Əsədovanın Ramiz Məlikə qarşı qaldırdığı iddia üzrə məhkəmə başlayıb

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, məhkəmədə anket məlumatlar dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 19-na təyin edilib.

R. Məlik APA-ya açıqlamasında barışıq tərəfdarı olduğunu deyib.

Qeyd edək ki, M. Əsədova həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Buna səbəb Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.

Şərhlər

t.ədalət 2017-11-30 14:11:55

Bu adamların hansı istedada görə "xalq artisti"adı alması təəccüb doğurur.Bəlkə də həmin adların xalq arasında müzakirəyə çıxarılması lazımdır.Kim layiqdir,xalq öz sözünü deyəcək..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol