Rusiyanın baş naziri Dmitriy Medvedyev ölkə əhalsinin gəlirlərinin azalmasını "müasir iqtisadiyyatın problemlərindən biri" adlandırıb. Trend-in məlumatına görə, baş nazir bunu Rusiya telekanalının canlı efirində bildirib.
D.Medvedyev deyib: "Təbii ki, yoxsulluq iqtisadiyyatın inkişafdan geri qalmasının o biri üzüdür. Ona görə, mümkün deyil ki, iqtisadiyyat zəif olsun, yoxullar heç olmasın".
Baş nazir qeyd edib ki, bununla belə hazırda ölkədə yoxsulluq 10-15 illə müqayisədə azalıb.


Şərhlər
Qonşu-qonşuya bənzər. SSRİ-ni buraxdılar ki, Rusiyanın güclənmə imkanı çoxdur. İQTİSADİYYAT da 20 ildir iki nəfərin əlindədir. İqtisadi qanunları anlamadan dünyaya zor oxumaq çox baha başa gəlirmiş, hə?