Menu

İŞİD lideri dünya müsəlmanlarına çağırış etdi

01.07.2014, 23:17
İŞİD lideri dünya müsəlmanlarına çağırış etdi

"İraq Şam İslam Dövləti" təşkilatı lideri Əbubəkr Əl Bağdadi dünya müsəlmanlarına çağırış edib.

Axar.az xəbər verir ki, Əl Bağdadi bütün müsəlmanları "İslam Dövləti"nə köç etməyə səsləyib.

Əl Bağdadi çağırışında "İslamın evinə gəlmək fərzdir", - deyə bildirib.

İŞİD lideri həmçinin dünyadakı bütün müsəlmanlara qarşı atılan addımların qisasının alınması üçün terror təşkilatı üzvlərinə müraciət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol