Menu

Ermənilər gecə atəşkəsi pozdu - Tələfat var

02.07.2014, 09:05
Ermənilər gecə atəşkəsi pozdu - Tələfat var

Atəşkəsin pozulması nəticəsində yanğın baş verib və tələfat var

Ermənistan silahlı qüvvələri Goranboy rayonunun təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndini atəşə tutub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, gecə saat 01:30 radələrindən başlayaraq təqribən yarım saat kəndi atəşə tutan qarşı tərəf əsasən iri çaplı silahlardan və yandırıcı güllələrdən istifadə edib.

Nəticədə güllələrdən biri kənd sakini Münəvvər Məmmədovun tövləsinə dəyərək yanğına səbəb olub.

Kənd sakinləri tövlədə olan 7 baş iribuynuzlu mal-qaranın yandığını deyir.

Əldə etdiyimiz məlumta görə sakinlər arasında ölən və xəsarət alan olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol