Menu

Flinin etirafı dolları və ABŞ səhmlərini ucuzlaşdırdı

02.12.2017, 12:43
Flinin etirafı dolları və ABŞ səhmlərini ucuzlaşdırdı

Nyu York Birjasında indekslər, Flinin Rusiyanın keçmiş ABŞ səfiri Sergey Kislyak ilə apardığı danışıqlar məsələsində FBI-ya yalan söylədiyi ittihamını qəbul etməsilə düşüb.

Michael Thomas Flyn, ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat idarəsinin keçmiş direktorudur.

"Marja" xəbər verir ki, Flin, Rusiya araşdırmasını aparan Xüsusi Səlahiyyətli Prokuror Robert Mueller ilə əməkdaşlıq edib. Bunun, Tramp rəhbərliyi üçün problem yaradacağı gözləntisilə dolların da rəqibləri qarşısında dəyər itirməsinə səbəb olub.

Dou Cons (Dow Jones) İndeksi, Flinin günahını qəbul etdiyi xəbərlərinin ardından 0,5 faiz geriləyib. Oxşar şəkildə, Standard & Poor's 500 İndeksi 0,7%, Nasdaq Texnoloji İndeksi 1,08 faiz dəyər itirib.

Dollar İndeksi 0,6 faiz azalıb

Günə ən önəmli rəqibi Avro qarşısında 0,5% qazancla başlayan dolların dəyəri, Flin xəbərləri gələn xəbərlərin təsirilə düşüb.

Dolların, avro, yen, funt-sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankı olmaq üzrə ən böyük altı rəqibinə qarşı dəyərini ölçən Beynəlxalq Dollar İndeksi də 0,6 faiz dəyər itirib 92,56-yə qədər düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol