Menu

Nigeriyada törədilən terror aktı nəticəsində azı 15 nəfər ölüb

02.12.2017, 18:54
Nigeriyada törədilən terror aktı nəticəsində azı 15 nəfər ölüb

Nigeriyada marketdə törədilən terror aktı nəticəsində azı 15 nəfər ölüb, 47 nəfər yaralanıb.

"Report" "Dailystar.co.uk" portalına istinadən xəbər verir ki, partlayış Nigeriyanın Biu şəhərinin şimalındakı marketlərdən birində baş verib.

Terror aktı zamanı market adamlarla dolu olub.

Yerli KİV partlayış üçün 3 gənc qızdan istifadə olunduğunu haqqında məlumat yayıb. Onlardan birinin üzərindəki partlayıcı qurğu işə düşməyib və polis onu həbs edib.

"Boko Haram" terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol