İspaniya Baş naziri Mariana Raxoy Kataloniyada separatçılıq prosesinə son qoyulduğunu bildirib.Axar.az xəbər verir ki, bu barədə “El Mundo” informasiya yayıb.
Baş nazirin sözlərinə görə, hazırda muxtariyyətdə vəziyyət yaxşılaşmağa doğru gedir. Bölgədə qanun bərpa edilib, inam isə geri qayıtmağa başlayıb. Kataloniyada bitərəf institutların təminatı ilə normal, qanuni seçkilər keçiriləcək.
Qeyd edək ki, Kataloniyada oktyabrın 1-də muxtariyyətin İspaniyadan ayrılaraq müstəqil oması barədə referendum keçirilmişdi.


Şərhlər