Menu

Salyanda evdə yanğın olub - 2 uşaq ölüb

03.12.2017, 11:44
Salyanda evdə yanğın olub - 2 uşaq ölüb

Bu gün səhər saatlarında Salyan rayonu Şorsulu kənd sakini, Bəhrəmli Mübariz Novruz oğluna məxsus evdə yanğın baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın nəticəsində 2 azyaşlı - 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə və onun bacısı 2013-cü il təvəllüdlü Ceyranxanım yanaraq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol