Menu

Sarı dənizdə balıqçı gəmisi tankerlə toqquşub -13 nəfər ölüb

03.12.2017, 15:35
Sarı dənizdə balıqçı gəmisi tankerlə toqquşub -13 nəfər ölüb

Bu gün səhər saatlarında Sarı dənizdə Yonxındo adası yaxınlığında Cənubi Koreya bayrağı altında üzən balıqçı gəmisi tankerlə toqquşub. APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, gəminin göyərtəsində 20 sərnişin və 2 heyət üzvü olub.

Yerli vaxtla səhər saat 06.12 radələrində baş verən hadisə zamanı ən azı 13 nəfər ölüb, 2 nəfər itkin düşüb. Toqquşma baş verən əraziyə 4 vertolyot və 14 gəmi göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol