«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO rəhbərliyi Kalninqrad vilayətində «İskəndər» raket kompleksləri yerləşdirilməsindən ciddi narahatlıq hissləri keçirir.
Alyansda bəyan ediblər ki, onun üzvü olan ölkələrin sərhədləri yaxınlığında nüvə başlığı daşıya bilən raketlərin yerləşdirilməsi mövcud gərginliyin aradan qaldırılmasına xidmət etməyəcək.
Ərazidə raket komplekslərinin gələn ildən döyüşə hazır vəziyyətə gətiriləcəyi barədə «Kommersant» qəzeti xəbər verib.
«TASS» agentliyinin hərbi şərhçisi Viktor Litovkinin fikrincə, bu, Amerikanın raket əleyhinə müdafiə sistemlərinin Avropada yerləşdirilməsinə Rusiyanın cavab reaksiyası kimi qiymətləndirilməlidir.

Şərhlər