Menu

İsrail aviasiyası Dəməşq ətrafına raket zərbələri endirib

03.12.2017, 18:55
İsrail aviasiyası Dəməşq ətrafına raket zərbələri endirib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin hərbi-hava qüvvələri (HHQ) Dəməşq ətrafında yerləşən hərbi obyektlərə raket zərbələri endirib.

«Tayms of İsrail»t nəşrinin yazdığına görə, zərbələrin hədəfi Suriya-İsrail sərhədinin 50 kilometrliyində yerləşən İran hərbi bazaları olub. Bir qədər sonra İsrailin Baş naziri Binyamin Netenyahu raket zərbələri barədə informasiyanı təsdiqləyib.

Bu zərbələr onu göstərir ki, İsrail gerçəkdən, İranın hərbi qüvvələrinin Suriyada iştirakına imkan verməmək niyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol