Menu

"BU, XƏSTƏLƏRİN PROBLEMİDİR..." - Nazirlikdən gürcü həkimin dediklərinə münasibət

04.12.2017, 15:01

2015-06-01-17-48-59sehiyye-nazirliyi-640“Kim özünü reklam edib reytinq yığırsa, bu, onun öz işidir. Gürcüstana bizim təcrübəli mütəxəssislər dəvət olunur və onların da xəstələri transplantasiya üçün məhz Azərbaycana gəlir. Ona görə də bu kimi qərəzli yanaşmalar ölkə səhiyyəsində baş verən irəliləyişlərə və nailiyyətlərin üzərinə kölgə sala bilməz”.

Bunu “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Tbilisidəki “New Hospitals” Klinikasının direktoru Nika Okriaşvilin Azərbaycan səhiyyəsi ilə bağlı səsləndirdiyi neqativ fikirlərə münasibət bildirərkən deyib.

“Əgər xəstələr öz həyatını həkimlərə yox, tibbi biliyi olmayan taksi sürücülərinə etibar edirlərsə, bu, onların problemidir”, - deyə, nazirlik rəsmisi qeyd edib.

Qeyd edək ki, klinika direktoru Nika Okriaşvili çıxışında Azərbaycandan 8 minə yaxın xəstənin məhz onların klinikasına müalicəyə gəldiyini aşağılayıcı formada bildirib:

"Azərbaycanın Gəncə adlı bir şəhəri var. Böyük şəhərdi. O şəhərin bir avtovağzalı var. O avtovağzalda taksilər dayanır. O taksi sürücülərinin hamısı mənim əməkdaşlarımdı. Onlar hər il mənə Azərbaycandan 8 min xəstə gətirirlər. Taksi sürücüləri artıq o gədər xəstə gətiriblər ki, onlar artıq professional olublar, xəstə klinikaya çatana kimi onlar xəstədən anamnez məlumatları toplayır , mənə mesajla göndərirlər. Onlar tibbi terminologiya ilə danışa bilirlər. Azərbaycanlıların pulu çoxdur, onlar böyük xəstəxanalar tikiblər. Amma hamısı mualicəyə Tbilisi şəhərinə gəlir"

Şərhlər

Seymur 2017-12-04 15:01:28

Allah sahiyya nazirina xastalik versinki balka onda xalqin cani qurtarar

Kəmalə 2017-12-04 15:01:28

Həqiqətən Azərbaycan SƏHİYYƏSİ CAN VERİR.Əgər bir ölkənin naizirindən tutmuş bələdiyyəsinə kimi öz həkimlərimizə həyatların etibar etmirlərsə və xarici dövlətlərdə müalicə olunurlarsa Nika xanımı qınamaq olmaz.İqtisadçı həkim adıyla xəstə qəbul edən klinikalarımız var.Hələ saxta diplomlu həkimləri,tibb bacılarını demirəm.Əməkdar Həkim infeksialı miningit sundromlu xəstəyə skarlioz diaqnozu qoyub xəstəni komaya salır,eyni klinikada bir xəstəyə başqa başqa diaqnoz qoyub əməliyyat edirlərsə bunun nəyi qərəzdi.

vetendas 2017-12-04 15:01:28

Cenab Gurcu Hekim! Siz ele bilirsiz tek sehiyye o gundedi? Azerbaycanin butun saheleri Bedbext olub. Kas ki, biz de gurcu vetendasi olaydiq. Hele bu harasidi , deyesen gorecek gunlerimiz hele daldadi!

Мир 2017-12-04 15:01:28

---------

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol