2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1607 nəfər artaraq 696446 nəfər olub.
Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 8% artaraq 783,8 manat təşkil edib.
Yanvar-sentyabr ayları üzrə siyahı tərkibində olan işçilərin sayı və işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsinin dəyişməsi aşağıdakı kimi xarakterizə olunur:


Şərhlər