Menu

"ABŞ ordusu Ukrayna əsgərindən öyrənir" - Amerikalı general

05.12.2017, 00:29
"ABŞ ordusu Ukrayna əsgərindən öyrənir" - Amerikalı general

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropadakı hərbi qüvvələrinin komandanı Ben Hoces «Avropa həqiqəti» nəşrinə verdiyi müsahibədə bəyan edib ki, ABŞ hərbçiləri Ukrayna əsgərindən çox şey öyrəniblər.

Onun sözlərinə görə, ABŞ-ın bütün müttəfiqləri Donbas münaqişəsi təcrübəsini nəzərə aldılar və öz təlim sistemlərini inkorporasiya etdilər.

«Ukrayna ordusunun sayəsində qazandığımız təcrübə mübaliğəsiz desək, bizi öyatdı» - Hoces bildirib.

Ukraynanın NATO-ya mümkün üzvlüyü barədə suala cavab verərkən, general xatırladıb ki, Ukrayna hərbçiləri İraq və Əfqaqıstandakı əməliyyatlarda iştirak ediblər: «Ona görə də Ukrayna silahlı qüvvələrindən olan kişilərə və qadınlara gerçəkdən hörmət var».

Hocks bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya sadiqliyini qoruyub saxlayır. Bunun təsdiqi olaraq, general bildirib ki, hal-hazırda Ukrayna ərazisində 250 ABŞ hərbçisi var.

«Biz, Ukrayna ilə həmkarıq» - deyə, general söhbətini yekunlaşdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol