Menu

Naxçıvanda qətl törədən şəxs tutulub

05.12.2017, 11:44
Naxçıvanda qətl törədən şəxs tutulub

Naxçıvanda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il noyabrın 30-da Naxçıvan şəhərinin C.Naxçıvanski küçəsində şəhər sakini Məhəmməd Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Faktla əlaqədar şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Naxçıvan Şəhər Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Mahir Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol