Menu

Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat

05.12.2017, 13:11
Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin edilib.

“Report” xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist Fuad Hüseynəliyev gətirilib.

O, yeni vəzifəsində Könül Məmmədovanı əvəz edib.

F.Hüseynəliyev iqtisadi jurnalistikada, təqribən, 20 illik təcrübəyə malikdir. O, bundan əvvəl “İnterfaks-Azərbaycan” informasiya agentliyində, “Region plus” jurnalında rəhbər vəzifələrdə çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol