Menu

"Guya məhkəmələr vətəndaşların qanuni hüquqlarını müdafiə etmirlər..." - Ali Məhkəmə

06.12.2017, 10:19
"Guya məhkəmələr vətəndaşların qanuni hüquqlarını müdafiə etmirlər..." - Ali Məhkəmə

“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin Vergilər Nazirliyinin struktur qurumlarına qarşı inzibati-iqtisadi məhkəmələrdə 2016-cı ildə 869, 2017-ci ilin birinci yarısında 218, cəmi 1087 iddiaya baxılıb”.

“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyev məlumat verib. H.Mirzəyev bildirib ki, bunlardan 688 (63,3%) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9%) iş üzrə iddialar təmin edilməyib, 215 (19,8%) iddia isə mümkün sayılmayıb.

“Təəssüflə qeyd etmək istərdim ki, bəzən mətbuat orqanlarında məhkəmələrdə baxılan işlər barədə həqiqətə uyğun olmayan və qərəzli yazılar dərc olunur. Həmin yazılardan belə bir yanlış nəticə çıxır ki, guya məhkəmələr vətəndaşların, sahibkarların və hüquqi şəxslərin inzibati orqanlara qarşı iddialarını rədd edir, onların qanuni hüquqlarını müdafiə etmirlər. Sözsüz ki, bu, belə deyil. Əvvəl qeyd etdiyim faktlar, baxılan işlərin statistikası həmin mətbu orqanların qərəzli və həqiqətə uyğun olmayan məlumatlarını təkzib edir. Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə həll edilir. 1 noyabr 2017-ci il tarixinə olan məlumata əsasən, respublika üzrə 902 min 303 vergi ödəyicisi qeydiyyatdan keçib. Onlardan 399 min 774 vergi ödəyicisi aktiv fəaliyyətdədir və vaxtında vergiləri ödəyirlər. Məhkəmələrdə bu cür baxılan işlərin sayı az olduğundan (aktiv vergi ödəyicilərinə nisbətdə işlərin sayı 2016-cı il və 2017-ci ilin 6 ayı üzrə cəmi 1087, yəni 0,3 faiz təşkil edir) vergi münasibətlərinə heç bir təsir göstərə bilməz. Vergi ödəyicilərinin ümumi sayını nəzərə alaraq bu cür mübahisələrin az olması onu göstərir ki, əksər hallarda vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vergi öhdəliklərini yerinə yetirirlər”, - deyə H. Mirzəyev vurğulayıb.

Şərhlər

t.ədalət 2017-12-06 10:19:24

Məhkəmələr kimin əli cibindədirsə onların hüququnu qoruyur.Lakin,dövlət istəsə məhkəmələr sadə adamların da hüququnu qoruya bilər.Qanunların aliliyini qorumaq üçün məhkəmələrin fəaliyyəti üzərində DTK-nın ciddi nəzarəti lazımdır.İstintaqı aparılan hər bir cinayət işinin başlanğıcından məhkəmə hökmünə qədər olan vəziyyəti elektron nəzarətə götürülməlidir.Qəlbində Allah qorxusu olmayan,gününü sauna və massaj salonlarında keçirən hakimlərin işi heç vaxt düz ola bilməz.

pensioner 2017-12-06 10:19:24

İddialara necə baxılıb,təmənnasız?

Ramal Məmmədov 2017-12-06 10:19:24

Çox təəssüfləndirici hal odur ki, nədənsə ölkəmizdə savadlı və ədalətli hakim yoxdur. Aşağıdan yuxarı milyonçu hakimlərin əksəriyyəti .......

Bəhram Qarabağlı 2017-12-06 10:19:24

Dəyərli Sədr H.Mirzəyev, yarım milyon azərbaycanlı ailəsi Qarabağdan öz ata mülkündən qovulub və BMT qətnaməsindən qeyri 22 ildə onların iddiaları nəinki Avropa, heç Azərbaycan məhkəməsində baxılmayıb. Bu tarixi ədalət haqqına münasibətiniz bu gün də aktualdır. Məncə, Qərb Bağdadı və Madridi dəstəkləməklə, artıq bütün dünyada dövlətimizin Azərbaycan xalqının hüquqlarına çalışdığına əsaslı şübhələr yaratdı.

H. mirzəyevə 2017-12-06 10:19:24

Yalanı elə danış ki,dağda canavar da inansın.Əgər sən düz danışmaq istəyirsənsə,de ki,=ölkədə düz işləyən məhkəmə tapmaq çox çətindir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol