Menu

Yeni ildə spirtli içkilərin satışı məhdudlaşdırılacaq

06.12.2017, 13:12

vodkaMoskvada Yeni il bayramı günlərində insanların kütləvi toplaşdığı yerlərdə spirtli içkilərin satışı məhdudlaşdırılacaq.

Trend-in məlumatına görə, bu barədə Moskvanın Regional Təhlükəsizlik Departamenti məlumat verib.

Məlumatda qeyd olunur ki, məhdudiyyət mərkəzi küçə və meydanlara şamil olunacaq.

Qeyd edək ki, ötən il də Moskvada Yeni il və Milad bayramı günlərində spirtli içkilərin satışı məhdudlaşdırılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol