Bu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçirilir.
“Report”un xəbərinə görə, “Bulvar Otel”də keçirilən konfransda 116 nümayəndə iştirak edir.
Əvvəlcə VK sədrinin müavini Aydın Axundovun 2012-2017-ci illər üzrə hesabatı dinlənilib.
Daha sonra VK Rəyasət Heyətinin üzvü, "Bakı Hüquq Mərkəzi" hüquq şirkətinin direktoru, “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırovun VK Rəyasət Heyətinin sədrliyinə namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində A.Bağırov növbəti 5 il müddətinə VK Rəyasət Heyətinin sədri seçilib.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.


Şərhlər
Anar Bağırovu VK Rəyasət Heyətinin sədri seçilməsi münasibətilə
təbrik edir,şəxsi həyatında və Sədr vəzifəsində uğurlar arzu edirəm. Uğurlar.
Tebrikler.Umid edirem yeni sedr bezi ozel universitetlerin saxta diplomunu alib deleduzluq eden cinayetkarlari kollegiyaya yaxin buraxmayacaq, kolegiyadan uzaqlasdiracaq, vekil adi ile efirlerde deleduzluq eden cinayetkarla mubarize aparacaq.Bildiyiniz kimi kecmis sedr ve etrafi deleduzlarin vekillyine , efir hoqqalarina goz yumurdu.Ugurlar