Menu

Azərbaycanlı hakimlər Çempionlar Liqası və avroliqaya təyinat aldılar

02.07.2014, 15:38

affa-loqoAFFA-dan verilən məlumata görə, FIFA referiləri Əliyar Ağayev və Anar Salmanov UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinə təyinat alıblar:

Çempionlar Liqası, II təsnifat mərhələsi. 23 iyul

"Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan)

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Zeynal Zeynalov

Dördüncü hakim: Rauf Cabbarov

Avropa Liqası, II təsnifat mərhələsi. 24 iyul

"Vaduts" (Lixtenşteyn) / "Collage Europa" (Cəbəllütariq) - Ruch Chorzow (Polşa)

Baş hakim: Anar Salmanov

Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Vaqif Musayev

Dördüncü hakim: Rəhim Həsənov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol