Menu

Rusiya geri qayıdan separatçıları sərhəddən buraxmadı

02.07.2014, 15:42
Rusiya geri qayıdan separatçıları sərhəddən buraxmadı

Rusiya sərhəddəki 3 avtomobil buraxılış məntəqəsini bağlayaraq, Ukraynadan qaçan separatçıları ölkəyə buraxmır.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko məlumat verib.

“Dünəndən etibarən Rusiya Ukrayna ilə sərhəddə yerləşən 3 buraxılış məntəqəsini bağlayıb. İyulun 1-dən Rostov vilayətinin “Qukovo”, “Donetsk” və “Novoşaxtinsk” buraxılış məntəqələri qapadılıb”, - deyə Lısenko bildirib.

Onun sözlərinə görə, əvvəllər separatçılardan bu məntəqələrdən tez-tez keçirdilər: “İndi bu məntəqələrdə Rusiya tərəfi xüsusi blok-postlar quraraq, onları ağır hərbi texnika ilə gücləndirib. Məlumata görə, Ukraynadan qaçmaq istəyən terrorçuların həmin məntəqələrdən buraxılışı qadağan edilib”. /axar.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol