Menu

Almaniyalı siyasətçi “Birləşmiş Avropa Ştatları” yaratmağı təklif edib

08.12.2017, 09:55
Almaniyalı siyasətçi “Birləşmiş Avropa Ştatları” yaratmağı təklif edib

Almaniyanın Sosial-Demokratiya Partiyasının lideri Martin Şults Avropada 2025-ci ilədək “Birləşmiş Avropa Ştatları” yaradılması təşəbbüsü ilə çıxış edib.

Trend-in məlumatına görə, bu barədə EU Observer məlumat yayıb. “Federal Avropa yaratmaq üçün konstitusional razılaşmaya ehtiyac var”, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, yalnız gücləndirilmiş ittifaq bir sıra aparıcı Avropa ölkələrində geniş yayılan sağçı milliyyətçilərin qarşısını ala bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol