Menu

ABŞ vitse-prezidenti arzuolunmaz qonaq elan edildi - Fələstində

08.12.2017, 11:39
ABŞ vitse-prezidenti arzuolunmaz qonaq elan edildi - Fələstində

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Mayk Pens Fələstində arzuolunmaz qonaq elan olunub.

Dekabr ayında Mayk Pensin Yaxın Şərqə səfəri zamanı Fələstin lideri Mahmud Abbasla planlaşdırılmış görüşü baş tutmayacaq. Bu barədə, lideri Mahmud Abbas olan FƏTH (Fələstin milli azadlıq hərəkatı) mərkəzi komitəsinin icraçı katibi Cibril Rəcub bəyan edib.

Məlum olduğu kimi, çərşənbə günü ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Yerusəlim şəhərinin İsrailin paytaxtı kimi tanınmasının vaxtı çatıb. O, ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi barədə Dövlət Departamentinə müvafiq göstəriş də verib.

Bundan sonra Fələstin rəhbəri Mahmud Abbas bəyan edib ki, Trampın qərarı o deməkdir ki, ABŞ Yaxın Şərqdə sülh prosesindən çıxır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol