“Azersu” ASC “Azertexnolayn” MMC-dən 2 mln. 157 min 989,76 manat ümumi məbləğdə müxtəlif borular və borunlar üçün fitinqlər alacaq. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Azersu” “Azertexnolayn” ilə boru və firinqlərin alışına dair müqavilə imzalayıb”, - nazirlikdən qeyd ediblər.
Birinci müqavilə 1 mln. 849 min 792,36 manat ümumi məbləğdə polietilen boruların alışını nəzərdə tutur.
İkinci müqavilə 308 min 197,4 manat məbləğində polad fitinqlərin tədarükünü nəzərdə tutur. /“İnterfaks-Azərbaycan”


Şərhlər