Menu

Moldova parlamenti assosiasiya sazişini təsdiqlədi - Bu ölkə də qarışa bilər

02.07.2014, 16:39
Moldova parlamenti assosiasiya sazişini təsdiqlədi - Bu ölkə də qarışa bilər

İyulun 2-də Moldova parlamenti Avropa İttifaqı ilə assosiasiya sazişini ratifikasiya edib.

“Media forum” saytının məlumatına görə, sənədi Avropaya inteqrasiya tərəfdarı olan hakim koalisiya və bəzi müstəqil deputatlar dəstəkləyiblər. Parlamentin 40 faizinə nəzarət edən kommunistlər, sosialistlər və Dirçəliş Partiyasının deputatları sazişin əleyhinə səs veriblər. Xatırladaq ki, Avropa İttifaqı ilə assosiasiya sazişi iyunun 27-si Brüsseldə imzalanıb.

Həmin gün Gürcüstan və Ukrayna da assosiasiya sazişinə qoşulublar. Virtualaz.org “RİA-Novosti”-yə istinadən bildirir ki, bundan bir az əvvəl Kişinyovda parlament binasının qarşısında hakimiyyətdə təmsil olunan siyasi partiyaların nümayəndələri sazişin imzalanmasına dəstək aksiyası keçiriblər.

Xəbərdə o da bildirilir ki, artıq bunun əleyhinə olan qüvvələr də parlamentin binası qarşısına toplaşmağa başlayırlar. Başqa sözlə, belə getsə, Ukraynada olduğu kimi, Moldovada da “avromeydançılarla” “putinçilər” arasında qarşıdurma yaranacağı şübhə doğurmur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol