Menu

Hesablama Palatasının səlahiyyətləri artırıla bilər

08.12.2017, 19:03
Hesablama Palatasının səlahiyyətləri artırıla bilər

“Azərbaycan Hesablama Palatası haqında” qanun yenidən hazırlanıb.

“APA Economics”in məlumatına görə, yeni qanun layihəsində maddələrin sayı artıb.

6 fəsil 41 maddədən ibarət olan layihədə Hesablama Palatasının statusu, fəaliyyətinin hüquqi əsasları, idarəetmə və təşkilati strukturu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyir.

Sənəddə Hesablama Palatasının səlahiyyətlərinin artırılması təklif edilir.

Layihə Milli Məclisin plenar iclasında müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol