Menu

Milli qəhraman qızının problemi həll olundu

02.07.2014, 16:48
Milli qəhraman qızının problemi həll olundu

“Odlar Yurdu” Universitetində təhsil alan Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurovanın universitetə olan 2 min borcunu ödəmədiyi üçün dövlət imtahanına buraxılmaması ilə bağlı xəbər vermişdik.

Məsələnin mətbuatda geniş səs-küyə səbəb olmasından sonra rektor Əhməd Vəliyev bu gün Adolat Aznaurovanı qəbul edib. Adolat Aznaurovanın Azxeber.com-a veridiyi məlumata görə rektor onun imtahana buraxılmaması üçün verdiyi tapşırığı ləğv edərək, 2 min AZN-ni istəməyib. “Rektorun qəbulundan indi çıxdım. O mənə dövlət imtahanına buraxılacağımı dedi. Təhsilim üçün əvvəl tələb edilən 2 min AZN-nin isə ləğv edildiyini dedi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol