Menu

FİFA-dan millinin kapitanına 1 illik cəza - Narkotikaya görə

08.12.2017, 20:15
FİFA-dan millinin kapitanına 1 illik cəza - Narkotikaya görə

Peru millisinin kapitanı Xose Paolo Gerrero bir illik futboldan uzaqlaşdırılıb.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, 33 yaşlı futbolçunun qanında qadağan olunmuş narkotik maddə aşkarlanıb.

Gerrero DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də Argentina ilə oyundan sonra dopinq testi verib. Testin nəticəsi isə bu gün açıqlanıb.

Beləliklə, kapitan DÇ-2018-də komandasına kömək edə bilməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol