«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) yeni orta mənzilli raketlərin yaradılması üzərində iş aparır.
Bu, Vaşiqtonun Orta və yaxın mənzilli raketlərin ləğv olunması barədə müqaviləyə yönəlik diplomatik səylərdən həbi fəaliyyətə keçdiyinin göstəricisidir. Bu barədə, ABŞ dövlət katibinin müavini Tomas Şennon bəyan edib.
Rusiya və ABŞ çoxdandır ki, bir-birini sözügedən müqaviləyə əməl etməməkdə günahlandırır.
Yeni raketlərin işlənib-hazırlanmasına başlanması barədə xəbər hələ ötən ay yayılmışdı. Konqres bu məqsəd üçün vəsaitin ayrılması məsələsini aprtıq razılaşdırıb.
Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi barədə müqavilə 1980-ci illərin sonlarında imzalanıb.


Şərhlər