"Ümid edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri Fransa prezidenti Fransua Ollandın dəvəti ilə tezliklə Parisdə görüşməyi qəbul edəcəklər."
SalamNews xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisinin müavini Brent Hartli bildirib.
O deyib ki, ATƏT-in Dağlıq Qarabağla bağlı rolu Minsk qrupunun işi ilə formalaşır: "Bu təşkilat bu vaxta qədər görülən işlərə əsaslanaraq, Azərbaycan və Ermənistanı sülh danışıqlarında razılığa səbəb ola biləcək öhdəliyi götürməyə təşviq etməyə çalışıb. İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin çağırışı da tərəflərə sülh danışıqlarında irəliləməyə və strukturlaşdırılmış danışıqlara imkan verir."
Onun sözlərinə görə, bu səylər azərbaycanlılarla ermənilər arasında da əlaqələrin qurulmasına və münaqişənin davamlı həllinə kömək edə bilər. Bu, həm də hər iki ölkənin vətəndaşlarına dünyaya çıxması üçün hazırlaşmağa kömək edir. ABŞ Minsk qrupunun həmsədrlərindən biri kimi ən yüksək səviyyədə bu prosesə sadiq qalır.


Şərhlər