Menu

Ukraynaya getməkdən imtina etdi

09.12.2017, 21:11
Ukraynaya getməkdən imtina etdi

Gürcüstanln sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin anası Qiuli Alasaniya Kiyevdə oğulunun tutulmasını şərh edib.

Virtualaz.org bildirir ki, bu barədə "İnterfaks" xəbər yayıb.

"Onun tutulması tamamilə qanunsuzdur", - deyə o bildirib.

Q.Alasaniya həmçinin vurğulayıb ki, Ukrayna rəhbərliyi "bu halda hələ demokratik olmaq iddialarından da əl çəkmir". Və bildirib ki, o, Ukraynaya öz təşəbbüsü ilə getməyəcək - "mane olmamaq üçün".

Ananın sözlərinə görə, o, prosesə işin gedişatlna uyğun olaraq qatılacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol