Çin ərazisində demokratiya üçün keçirilən dinc oturma hərəkatında millət vəkilləri daxil olmaqla yüzlərlə nümayişçi həbs olunub.
Axar.az CNN-ə istinadən məlumat verir ki, geniş kütlə şəhərin biznes rayonunun mərkəzində 5 km-ə yaxın yürüş təşkil edib. Təşkilatçılar aksiyada 510,000 nəfərin iştirak etdiyini desə də, polis bu məlumatı yalanlayaraq nümayişçilərin sayının 98,600 olduğunu bildirib.
Yürüşün sonunda tələbələr iki yerdə - biznes rayonun mərkəzində və Honkonq İcra şurasının sədri Leung Çun-yingin ofisinin qarşısında icazəsiz oturma aksiyası keçirdiblər. Oturma aksiyası zamanı icazəsiz toplaşmaq, o cümlədən, polisə qarşı çıxma ittihamı ilə 511 nəfər saxlanılıb. Saxlanılanlar arasında millət vəkilləri Albert Ho, Li Çeuk-yan və onların işçiləri də olub.
Oturma aksiyasında iştirak edən və “Scholarism”in həmtəsisçisi 17 yaşlı Coşua Vong nümayişlərin uğurlu alındığını bildirib:
“Biz dinc, qeyri-zorakı etiraz göstərməyin mümkünlüyünü sübut etdik. Biz polislə nə fiziki, nə də sözlü münaqişə yaşadıq”.


Şərhlər