Menu

Bakıda bu marşrut xəttinin hərəkətində dəyişiklik edilib

11.12.2017, 10:55
Bakıda bu marşrut xəttinin hərəkətində dəyişiklik edilib

Paytaxtda 3 saylı marşrut xəttinin hərəkətində dəyişiklik edilib.

"BakuBus" MMC-dən Tremd-ə verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Şövkət Məmmədov küçəsinin bağlanması ilə əlaqədar olaraq, 3 saylı marşrut xəttinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Belə ki, Atatürk prospekti, Şövkət Məmmədova, Abay Kunanbayev istiqaməti üzrə hərəkət edən avtobuslar artıq Atatürk prospekti, Cəfər Xəndan, İbrahimpaşa Dadaşov, Süleyman Sani Axundov küçələri ilə hərəkətlərini davam etdirir. Avtobuslar əks istiqamətdə də həmin hərəkət trayektoriyasını izləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol