“VERGİ VƏ GÖMRÜK BİRLƏŞDİRİLİR, YENİ NAZİRLİK YARADILIR...” – İqtisadçıdan ŞOK açıqlamalar

“Mikayıl Cabbarova vergilər naziri təyin olunarkən ali xüsusi rütbənin verilməməsi təəccüblü oldu”


quluVergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı Qulu İbrahimlinin (Hesabdaroğlu) “AzPolitika.info”ya müsahibəsini təqdim edirik:

– Dövlət başçısının 05 dekabr 2017-ci il tarixli Sərəncamı ilə vergilər naziri Fazil Məmmədovun vəzifədən azad olunması və onun yerinə Mikayıl Cabbarovun təyin edilməsi ilə bağlı mətbuatda müxtəlif şərhlər verildi. Keçmiş vergi işçisi, habelə bu sahənin peşəkarlarından biri kimi, sizin də mövqeyinizi bilmək maraqlı olar. Sizcə, niyə Vergilər Nazirliyinin daxilindən bu vəzifəyə təyinat olmadı?

- Ümumiyyətlə, hörmətli Aydın Əliyevin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinatı istisna olmaqla, son iyirmi ildə müvafiq icra hakimiyyəti orqanı statusu daşıyan qurumların rəhbəri vəzifələrinə təyinatlar, demək olar ki, kənardan olub. Son illərdə kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi, statistika, dövlət təhlükəsizliyi, rabitə, energetika sahələrində rəhbər şəxs təyinatlarını misal gətirə bilərik. Hətta müdafiə naziri vəzifəsinə cənab Zakir Həsənov kənardan - Daxili İşlər Nazirliyi sistemindən gətirildi. Deməli, bu, dövlət idarəçiliyimizdə bir prinsip kimi artıq qəbul olunub. Ona görə də, vergilər naziri vəzifəsinə həmin sistemin daxilindən deyil, məhz kənar şəxsin təyin olunmasında qeyri-adi heç nə görmürəm.

– Həmin sərəncamla tanış olanda ilk təəssüratınız nə oldu və indiyədək mətbuatda verilən şərhlərdən fərqli sizin hansı düşüncələriniz var?

- Cənab nazir Fazil Məmmədovun səhhəti ilə əlaqədar vəzifədən azad olunmasını ölkə rəhbərliyindən xahiş etməsi barədə cəmiyyətdə bir ildir ki, söz-söhbət dolaşırdı. Ona görə də, üzərimdə böyük haqqı olan hörmətli Fazil müəllimin vəzifədən azad olunması xəbəri məni təəccübləndirmədi.

Təəccübləndirən başqa məsələ oldu: bu, hörmətli Mikayıl Cabbarova vergilər naziri təyin olunarkən ali xüsusi rütbənin verilməməsi idi. Dövlət vergi orqanlarında xidmət haqqında əsasnəməyə əsasən vergi orqanlarının vəzifəli şəxslərinə tutduqları vəzifəyə görə xüsusi rütbələr verilməlidir. Ona görə də, vergilər naziri təyin olunarkən cənab Mikayıl Cabbarova həmin əsasnamədə ali rəis heyəti üçün nəzərdə tutulan xüsusi rütbələrdən biri cənab Prezident tərəfindən eyni zamanda verilməli idi.

Ali xüsusi rütbənin verilməsini görməyəndə, dərhal, tək vergi orqanlarını deyil, ümumiyyətlə bütöv dövlət gəlir inzibatçılığını özündə birləşdirən konkret institusional dəyişikliklər layihəsinin hökumətin əlində hazır olması barədə məndə ilk təəssürat yarandı. Təsəvvür edin, birinci şəxsin xüsusi rütbəsinin olmaması qalan vergi orqanı əməkdaşlarının xüsusi rütbəsi barədə qeyri-müəyyənlik yaradır. Ola bilsin ki, bu söhbətimiz dərc olunanadək, bəhs etdiyimiz layihə ilə bağlı başqa fərman və sərəncamlar da çıxsın.

– Dövlət gəlir inzibatçılığında islahat deyəndə nə başa düşülür?

- Qısaca desək, dövlət gəlir inzibatçılığı deyəndə dövlət gəlirlərini təmin edən, əsasən vergi, gömrük, dövlət sosial sığorta orqanları və onların işinin təşkili başa düşülür. Bunun normativ-hüquqi baza, kadr-insan resursları, maddi-texniki təchizat, ödəyicilərin maarifləndirilməsi - könüllü əməletmə və s. tərəfləri var. Gəlin, oxucuları terminalogiya ilə yormayaq. Proseslərin gedişatından belə görünür ki, bu sahənin nəzəri və praktik məsələləri ilə bağlı ayrıca müəllif yazıları ilə çıxış etməli olacağıq. Mən islahat demədim, dəyişikliklər dedim. Müsbət nəticələri görəndən sonra islahat deyə bilərik, əslində kifayət qədər risklər var.

Açıq desək, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin, bəlkə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən strukturlarının, birləşdirilərək yeni Milli Gəlirlər Nazirliyinin (və ya buna oxşar digər adda) yaradılması layihəsinin olduğunu düşünürəm. Bu orqanda xüsusi rütbələr ya olmayacaq, ya da fərqli adlarda olacaq. Özü də, ilin 25 gün sonra başa çatmasını gözləmədən vergilər nazirinin dəyişdirilməsi həmin layihənin icrasına çox qısa zamanda başlanacağını göstərir.

– İlin başa çatmasını və büdcənin illik vergi daxilolmaları proqnozunun icrasını gözləmədən vergidə kadr dəyişikliyinin edilməsi də cəmiyyətdə suallar yaratdı. Hesab edirsiz ki, yeni qurum ilin sonunadək yaradıla bilər? Yeni ili gözləmək olmazdımı?

- 19 sentyabrda mətbuatda, o cümlədən sizin saytda da 2017-ci ilin 8 ayında dövlət büdcəsinin faktiki daxılolmaları və illik proqnozun gözlənilən icrası vəziyyəti ilə bağlı yazım olmuşdu. Həmin yazıda Vergilər Nazirliyinin (VN) xətti ilə illik daxilolma proqnozunun icrasında çətinlik olacağı, Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən isə illik proqnoz tapşırığın 400 milyon manatadək artıqlaması ilə yerinə yetiriləcəyi göstərilmişdi. Eyni zamanda, VN proqnozun tam icrasına nail olarsa, illik dövlət büdcəsində nəzərdə tutulmuş 1,18 milyard manat kəsirin DGK-nin 400 milyon manat artıq əməletməsi hesabına azalacağı da qeyd olunmuşdu.

İndi DGK öz saytında 11 aylıq məlumatını açıqlayıb və məlum olur ki, 2,38 milyard manat gömrük ödənişləri yığmaqla, 2,25 milyard olan illik proqnoz tapşırığını 133,4 milyon manat artıqlaması ilə yerinə yetirib. DGK dekabr ayında təqribən 220-230 milyon manat da yığsa, illik proqnozdan artıq əməletmə 350,0 milyon manatdan da çox olacaq.

Daxilolmalar barədə məlumatın mütəmadi açıqlanmasında həmişə intizamlı olan VN-nin saytında məlumat, hələ də 9 aylıq dövrə aiddir. VN-nin illik proqnozu 7,64 milyarddır, 9 ayda 5,22 milyard manat yığıb. Oktyabr-dekabr aylarında 2,42 milyard, yəni orta aylıq 800 milyon manat yığmalı idi. 10 aylıq məlumat noyabrın ilk yarısında açıqlanmalı olduğu halda, ilk dəfədir ki, hələ də açıqlanmayıb. Deməli, oktyabrda proqnozun icrası vəziyyəti yaxşı deyil ki, açıqlanmır. Noyabrda da eyni vəziyyət olar. Onda, belə çıxır ki, VN dekabr ayında 1,0 milyard manatdan çox vergi yığmalıdır ki, bu da, SOCAR iri məbləğdə vergi ödənişi etməsə, fantastikadır.

Statistika Komitəsi, Maliyyə Nazirliyi, Dövlət Neft Fondu və Gömrük Komitəsinin 10 ay üzrə açıqladığı dövlət büdcəsinin icrası rəqəmləri əsasında əlaqəli hesablamalarla da müəyyən etmək olur ki, VN-nin proqnozunun icrasında çətinliklər var.

Ehtimal edilir ki, Vergilər Nazirliyinin proqnozunun icrasındakı kəsirini qabartmamaq üçün ilin sonunadək gömrük və vergi orqanları birləşdirilsin, illik proqnozun mədaxili barədə operativ məlumat yeni yaradılan qurum üzrə cəmlənib, elan olunsun. Belə olsa, ilin yekununda operativ məlumatın açıqlandığı vaxt verginin kəsiri gömrüyün təmin etdiyi artıq əməletmə hesabına diqqət cəlb etməyəcək. Axı, qarşıdakı 2018-ci ilin hər ayında eyni problem olacaq. Beləliklə, büdcənin vergi və gömrük ödənişləri üzrə mədaxilinin bir qurum üzrə elan olumasını birdəfəlik bu ildən həll etmək düşünülə bilər. Həm də nəzərə alaq ki, gömrük ödənişlərinin 70%-ni idxala görə ƏDV təşkil edir. Daxildəki ƏDV ilə idxaldakı ƏDV məbləği cəmlənəcək, büdcə daxilolmalarının tədiyyə növləri üzrə bölgüsü operativ məlumatlarda açıqlanmaya bilər.

Hesab edirəm, çox primitiv, səthi yanaşmadır. Məhz siyasi mülahizələri əsas götürüb, çox mürəkkəb məsələ olan dövlət gəlir inzibatçılığı barədə tələsik qərar qəbul etmək olmaz. Hökumət ictimai müzakirəyə çıxartmalı, alternativ fikirləri də eşitməlidir. Debatlar da təşkil etmək olar.

– Verginin proqnoz tapşırığı kəsirlə icra etməsini elan edəndə nə olar ki?

- Siyasi mülahizələri və təbliğatı əsas götürəndə, proqnozun kəsirlə yerinə yetirildiyini elan etmək qəbuledilməz olur. Amma iqtisadi məsələləri çox siyasiləşdirmək və həddən artıq təbliğata çevirmək düz deyil. İqtisadi problemə realist yanaşma olanda, həlli də asan olur.

Dünya iqtisad elminə tarixən öz dühaları ilə böyük töhfələr vemiş, iqtisad məktəbləri yaratmış Avstriya kimi ölkə də fikirləşə bilər ki, necə olur onlarda vergi proqnozu həmişə kəsirlə yerinə yetirilir, amma Azərbaycan hər il vergi proqnozunu dəqiqliklə yerinə yetirir? Birdən bizdən iqtisadiyyatı, proqnozlaşdırmanı öyrənməyə gəlsələr, nə deyəcəyik? Əslində, vergi proqnozunu kəsirlə yerinə yetirmək qəribə deyil, həmin proqnozu dəqiqliklə yerinə yetirmək qəribə olmalıdır. Siyasi mülahizələrə yüklənmədən, olanı elan etmək lazımdır.

– Vergilər Nazirliyi ilə Gömrük Komitəsinin birləşdirilməsi təklifini hökumətə ayrı-ayrı iqtisadçılar, hətta millət vəkilləri də irəli sürür...

vergiler

- Söylənilən fikirlər bəzən siyasi hakimiyyətə və ya bəhs edilən dövlət qurumlarına, onların ayrı-ayrı rəhbər şəxslərinə olan qərəzdən də irəli gələ bilir. Jurnalistlərə söylənən qısa fikirlər istisna olmaqla, bu iki qurumun birləşdirilməsi zərurətindən bəhs edən və müəllifinin də müvafiq bilik, təcrübə üzrə ixtisaslaşdığı sanballı yazı qarşıma çıxmayıb.

Ölkənin vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi ayrı-ayrı inkişaf etmiş ölkələrin hökumətləri, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq proqramları çərçivəsində onların tövsiyyələri, maliyyə, texniki dəstəkləri əsasında həyata keçirilib və illəri əhatə edən inkişaf yolu keçib. İstər Gömrük Komitəsi, istərsə də Vergilər Nazirliyi bir günün içində indiki səviyyəyə çatmayıb ki, qulaqdandolma səthi fikirlərə əsaslanmaqla, barələrində riskli və geri dönüşü çətin olan qərarlar qəbul edilsin. Siyasi şəxslər gəldi-gedərdi, dövlət qalıcıdır. Həvəskar deyil, elmi və peşəkar yanaşmalar əsas götürülməlidir. Vergilər Nazirliyinin və Gömrük Komitəsinin fəaliyyətində kifayət qədər müsbət məqamlar var ki, hətta başqa ölkələrə də örnək göstərilir. Hal-hazırda həmin beynəlxalq qurumların tövsiyyələri varsa, ilk növbədə onlarla da tanış olmalıyıq.

Sizə bir misal gətirim. 02.10.2015-ci il tarixdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edilərək, Bakı Vergilər Departamentinə birləşdirildi. Hansıki, iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr üzərində vergi nəzarətini həyata keçirirdi. Mən özüm də bu Departamentdə işləmişəm. Büdcənin vergi daxilolmalarının 90%-ni bu Departament təmin edirdi. O vaxt yazdım ki, səhv qərardır. Üç ay keçmədi ki, 24 dekabrda Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradıldı və neft sektoruna aid müəssisələr bura qaytarıldı, bir il sonra o da ləğv edildi, Milli Gəlirlər Departamenti yaradılaraq, bu vergi orqanı ilkin vəziyyətə tam qaytarıldı.

Vergilər Nazirliyi insan resursları, kargüzarlıq proseslərini və vergi uçotu, digər vergi nəzarəti proseslərini mükəmməl şəkildə avtomatlaşdırdığı üçün çeviklik göstərə, daxildə struktur və kadr dəyişikliklərini asan həyata keçirə bilir, o cümlədən səhv qərarlardan tez geri qayıda bilir.

Fikrimcə, hələki vergi və gömrük qurumlarının tam avtonomluğu, onların rəhbərlərinin mərkəzi icra hakimiyyəti orqanının başçısı statusunu daşıması, ölkənin ali siyasi rəhbərliyinə birbaşa hesabatlılıq xətti saxlanmalıdır. Bir mürəkkəb struktur altında birləşdirilmələri hələ tezdir. Onlar ayrı olarsa, bu sahələrdə inzibatçılığın təkmilləşdirilməsi və problemlərin həlli daha asan olar.

Keçmiş MTN-nin əsasında iki ayrı qurumun - Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılmasına olan yanaşmanı vergi və gömrük orqanlarının ayrı olmasına da aid etmək lazımdır.

Xatırlayırsınızsa, 2015-ci ildə alkoqollu içkilərin dəyərinin nağd qaydada ödənilməsi hətta onların pərakəndə satışına da əvvəl tətbiq edildi, qısa müddət sonra qadağa aradan götürüldü. Fiziki şəxlər tərəfindən gömrük ərazisinə gətirilən istehsal, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan 10 min dollar məbləğində mallara gömrük güzəşti tətbiq olundu, lakin qısa müddət sonra ləğv olundu.

2016-cı ildə Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna 2026-cı ilədək qaytarılması şərti ilə 445,0 milyon manat kredit verildi. Sonradan bunun yanlış addım olduğu bəlli oldu, elə üç ay sonra 2017-ci ilin yanvarında dövlət büdcəsi hesabına Mərkəzi Banka geri qaytarıldı. SOCAR-a verilən 1,3 milyard manat kredit barədə də bunları demək olar.

Vergi və gömrük orqanlarının bir struktur altında birləşdirilməsi qərarının sonradan səhv olduğu üzə çıxsa, necə olacaq?

– Fazil Məmmədov barədə şəxsi təəssüratlarınız necədir?

- Şəxsimə görə necə olmalıdır? İlk əmək failiyyətimə cənab Fazil Məmmədovun əmri ilə o vaxtkı Səbail Vergilər İdarəsndə başlamışam. Qısa müddət sonra nazirliyin mərkəzi aparatına keçirib, orda ən gənc işçi olmuşam. Hərbi xidmətdən sonra yenidən İri vergi ödəyiciləri işi üzrə Departamentə təyin edib. Halbuki, o vaxt Depatrtamentə elə gənc yaşda işçi götürülmürdü. Məhz onun əmrləri ilə ölkə miqyaslı və dövlət əhəmiyyətli müxtəlif yoxlamalara cəlb olunmuşam. Vergi orqanlarından çıxmağım barədə ərizəmi gözlətdi, nazirliyin rəhbər şəxslərinə işdən çıxmamağım üçün mənimlə söhbət etmələrini tapşırdı. Artıq Dövlət Gömrük Komitəsinə əzrizə vermişdim, razılıq almışdım. Bu gün də vergidə qazandığım təcrübənin çörəyini yeyirəm. Hesab edirəm ki, cənab Fazil Məmmədovun üzərimdə böyük haqqı var. O cümlədən, insan resurslarının rəhbəri olmuş cənab Faiq Şahbazovun.

Onun vaxtında dövlət orqanları içərisində ilk regional qurumlar yaranıb, vergi orqanları yerli icra hakimiyyətlərinin təsirindən çıxıb. Dövlət qurumlarından ilk dəfə vergi orqanlarına test imtahanları ilə işçi qəbulu başlayıb. Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemləri tətbiq olunub, kargüzarlıq, insan resursları, vergi nəzarəti və vergi ödəyicilərinə xidmət prosesləri avtomatlaşdırılıb.

Həm vergi işçilərinin, həm də vergi ödəyicilərinin dövlət dilinə hörmət ruhunda tərbiyə olunmasında da işlər görüb. Vergi ödəyicilərinin vergi orqanına təqdim olunan xarici dillərdəki müqavilələr, fakturalar (invoys) və s. sənədlərinin mütləq Azərbaycan dilinə tərcümə edilməklə təqdim olunması tələb olunub, xarici şirkətlər müqavilələrini Azərbaycan dili də olmaqla iki dildə tərtib etməyə məcbur qalıb. İllik maliyyə hesabatlarını indi də öz saytlarında xarici dildə yerləşdirən bəzi dövlət müəssisələri ibrət götürməlidirlər.

– Mikayıl Cabbarovun təyinatı barədə nə deyə bilərsiz?

- Cənab Mikayıl Cabbarovu o vaxt onun İqtisadiyyat nazirinin müavini olanda həm “Barmek”in müvafiq elektrikşəbəkələrlə bağlı idarəetmə müqavilələrini yerinə yetirməsi vəziyyətinin yoxlanılması, həm də “Barmek”dən indiki “Azərişıq”a təhvil-təslim prosesləri ilə bağlı təmsil olunduğum dövlət komissiyalarından tanımışam. Hətta o vaxtkı nazir cənab Heydar Babayevin həmin komissiyalardakı işimə görə vergilər naziri cənab Fazil Məmmədova təşəkkür məktubu göndərməsində də rolu olub. Cənab Mikayıl Cabbarov savadlı, peşəkar insandır. Hesab edirəm ki, cənab Prezidentin göstərdiyi etimadı doğruldacaq, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi üçün işlər görəcək.

Vaqif NƏSİBOV

AzPolitika.info

Şərhlər

2+2=4 2017-12-11 22:21:05

Mütəxəssis kimi izah edə bilərsiz bu nə deməkdir........ “qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də və büdcə gəlirlərində xüsusi çəkisini artırmaq” (2014-cü il büdcə təqdimatı (s.9); 2015-ci il (s.14); 2017-ci il (s.10)??? ...........))))))))))))))))

Mühəndis texnoloq 2017-12-11 22:21:05

Azərbaycan dövləti yalnız ən zəruri qurumları saxlaya bilər. İllik büdcə üzrə aylıq, rüblük və gündəlik pul dövriyyəsinə Maliyyə nazirliyi(MN) banklar vasitəsi nəzarət edir. Təsərrüfatların, bələdiyyə, İH və bankların hesabları tutuşdurulur. Büdcə üzrə pulu MN buraxır, özəl qurumlar üzrə də gömrük və digər vergiləri də toplayır. Beləcə maliyyə vəsaiti əlavə Gömrük, Vergi və Palata olmadan vahid hesabat imkanında olur.

Bəhram Cəfəroğlu-ya 2017-12-11 22:21:05

Müstəqil xərc strategiyası, müstəqil gəlir strategiyası, müstəqil sabitlik strategiyası, müstəqil investisiya və struktur dəyişiklikləri strategiyası, müstəqil yaşayış standartları strategiyası...))))) bu qədər müstəqil komponentlər içində formalaşan ümumi iqtisadi strategiyanın mahiyyəti təbii ki, cavabsız suallar yaradır.....)))))))

Bəhram Cəfəroğlu 2017-12-11 22:21:05

Müstəqil dövlət cəmiyyətlə bütün ixtisaslara yiyələnməlidir. Haqq-hesabın dəqiq olmasını istəyirsə, səpilmiş pullar kimdən sorula bilər? Siyasət və iqtisadiyyat hər an-gün "öz başımız"da olmalıdır, özgə yolun xəyalında yox! 20 ildir atalar sözünü tərsinə "Öz əlim, öz başım(ciblmiz)" işlənib. Vergi və Gömrük dövlətin böldüyü maliyyəni buraxan və toplayan vahid qurum-Maliyyə nazirliyi var.

Eliyar 2017-12-11 22:21:05

Vergi ve gomruk birlesdirib yeni nazir aydin eliyevi qoyacaqlarsa neyese umid elemek olar yox eger ve cox gumankide mikayil cabbarov olacaq deyisen yalniz adlar olacaq.cenab mikayil cabbarov nufuz cox onemlidi vezifede onu bu iller erzinde yiga bilmediz olan qalanida batirdiz.hansisa gizli ellerdi sizi buralara getiren amma her halda heyder eliyev siyasi kursunda size yer olmazdi yeqinki

Murad M 2017-12-11 22:21:05

Gömrük Komitəs və Vergilər Nazirliyinin birləşdirilməsi məsələsi həqiqətən nəzərdə tutulursa, bu, hakimiyyət daxilində çox ciddi siyasi qərarlardan, dəngələrin dəyişməsindən xəbər verir. Deyəsən gələn il həqiqətən də çox maraqlı keçəcək...

Bashirov Qarib 2017-12-11 22:21:05

sicilleme bayagi bey terifi...

Qulu bəyə 2017-12-11 22:21:05

M.Cabbarov o qədər təcrübəni yığdıqdan və savadını artıqlığından qısa müddətdə təhsilin vəziyyətini ağlar qoydu,özü kimi səriştəsiz kadrlar tapıb təhsil nazirliyini və eləcə də ölkə təhsilini bərbad etdi.İndi növbə verginindir. Qaldı eks-nazirə.Onun mal varlığı və əməlləri onun ğlkəyə nə miras qoyduğunu sübut edir.

İqtisadçı 2017-12-11 22:21:05

Azərbaycanı yanlış kadr siyasəti batırdı.Bir nazir göstərin ki,ixtisası,iş təcrübəsi və bu sahədə stajı əsas götürülərək təyin edilib.Ona görə millət acınacaqlı gündədir.Misal: Maliyyə naziri,iqtisadi inkişaf,vergi,gömrük ,təhsil və s. və s. Belə halda həmin nazirlər də ətraflarına özlərindən daha zəif,qohum,tanışlarını yığdıqlarından vəziyyət bu gündədir.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.