Menu

“Bu gün Qüdsü öz torpağı hesab edənlər...” - Ərdoğandan sərt mesaj

11.12.2017, 22:50
“Bu gün Qüdsü öz torpağı hesab edənlər...” - Ərdoğandan sərt mesaj

“Bu gün Qüdsü özlərinin torpağı hesab edənlər bilsinlər ki, sabah arxasında gizlənməyə bir ağac da tapa bilməyəcəklər”.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını nə biz, nə Qüds, nə də islam dünyası qəbul edir. Onlar özləri çalıb, özləri oynayırlar. Türkiyə olaraq bu olayla bağlı yürütdüyümüz siyasəti həm öz adımıza, həm də İslam Əməkdaşlıq Təşkilatının adına dilə gətiririk. Çərşənbə günü təşkil ediləcək liderlər zirvəsinin bu böhranda yeni bir mərhələ olacağına inanıram”, – Ərdoğan bildirib.

Şərhlər

ilqar 2017-12-11 22:50:33

seni quds maraqlandirmir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol