Menu

Yaxın 2-3 gündə ölkədə hava şəraiti sabit keçəcək - Proqnozlar Bürosu

12.12.2017, 11:04

Fall“Yaxın 2-3 gündə Azərbaycanda ərazisində hava şəraiti sabit keçəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, dekabrın 13-14-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: “Lakin bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Şərq küləkləri üstünlük təşkil edəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol