Menu

“Həmas” Fələstində üçüncü “intifada”nın başlandığını elan edib

12.12.2017, 20:39
“Həmas” Fələstində üçüncü “intifada”nın başlandığını elan edib

Fələstinin “Həmas” hərəkatı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması barədə qərarına etiraz olaraq üçüncü “intifada”nın, üsyanın başlandığını elan edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu “Həmas”ın mətbuat katibi Abdulativ Alkanu bildirib.

"Biz ABŞ-a qərarının ləğvi üçün təzyiq göstərmək və etirazları davam etdirmək məqsədilə üçüncü "intifada"nın başlandığını açıqlayırıq. Artıq Qəzza zolağına "intifada"nın başlanması nəticəsində etirazlar artır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol