Menu

İŞİD İsraili raketlə vuracaq

02.07.2014, 23:32
İŞİD İsraili raketlə vuracaq

R-17-in baza modeli nüvə başlığı üçün nəzərdə tutulub

“İraq və İslam Şam Dövləti” (İŞİD) silahlı qruplaşması Ramazan bayramında İsraili ballistik raketlərlə vuracaq.

ANS PRESS-in məlumatına görə, bu barədə silahlı qruplaşmanın Ənsar Udin adlı üzvlərindən biri öz “Twitter” hesabında yazıb. Yaraqlı bildirib ki, İslam Dövləti artıq “Scud” tipli raketlərə malikdir və onu Ramazan bayramında (İd əl-Fitr günündə) İsrailə qarşı istifadə edəcək. Hücum Ramazan bayramına həsr ediləcək.

İŞİD-in malik olduğu R-17 (SS-1c Scud B) - sovet ballistik raketidir. İlk sınağı 1959-cu ildə keçirilib, sovet ordusuna 1962-ci ildən verilib. Baza modeli nüvə başlığı üçün nəzərdə tutulub. Daha sonra kimyəvi başlıq variantı da hazırlanıb. Uçuş uzaqlığı 50 - 300 kilometr arasında dəyişir. 1973-cü il müharibəsində Misir İsrailə qarşı bu raketlərdən istifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol