Menu

Ana iki övladı ilə birgə faciəvi şəkildə öldü - VİDEO

12.12.2017, 23:46
Ana iki övladı ilə birgə faciəvi şəkildə öldü - VİDEO

Hacıqabulda dəm qazı ailə faciəsinə səbəb olub.

"AzPolitika"nın “Xəzər TV”yə istinadla verdiyi məlumata görə, 33 yaşlı Ləman Əliyeva yaşadığı evin hamamında qızı- 4 yaşlı Füruzə Əliyeva və oğlu-3 yaşlı Yusif Əliyev ilə birgə dəm qazından boğularaq ölüblər. Hamamdan gec çıxdıqlarını hiss edən yaxınları onların meyitlərini aşkar ediblər.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol