Menu

Bakıda minik maşını ilə avtobus toqquşub - Yaralanan var 

13.12.2017, 00:10
Bakıda minik maşını ilə avtobus toqquşub - Yaralanan var 

Bakının Sabunçu rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, Ramana qəsəbəsində yerləşən Şuşa qaçqın şəhərciyi ərazisində "VAZ-2106" markalı minik avtomobili ilə "Daewoo" markalı marşrut avtobusu toqquşub.

Nəticədə "Jiquli"nin sürücüsü, 1981-ci il təvəllüdlü Nəsibov Ramin Osman oglu xəsarət alıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol